Avropa Klublar Birliyinin iclasında 20 Yanvar qurbanları anıldı

Bu gün Avropa Klublar Birliyi işçi qrupunun iclası keçirilib.

Komanda.az xəbər verir ki, işçi qrupunun sədr müavini, “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov da iclasda iştirak edib. İclasın bu günə təsadüf etməsi səbəbindən, klubun baş menecerinin təşəbbüsü ilə 20 Yanvar hadisələri haqqında qrup üzvlərinə qısa məlumat verilib və faciə qurbanları iştirakçılar tərəfindən anılıb.

İşçi qrupunda “Barselona”, “Borussiya” (Dortmund), “Bayer”, “Yuventus”, “Real”, “Lester”, “Ayaks”, “Tottenhem”, “Mançester Yunayted” və digər məşhur klubların nümayəndələri təmsil olunurlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button