Avropa çempionu milli karyerasını bitirdi – 29 yaşında

“Benfika”nın yarımmüdafiəçisi Rafael Silva Portuqaliya milli komandasındakı karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 29 yaşlı vinger bundan sonra yığmanın formasını geyinməyəcəyini açıqlayıb.

Məsələ ilə bağlı baş məşqçi Fernando Santosu məlumatlandıran təcrübəli forvard, azarkeşlərdən qərarına hörmətlə yanaşmalarını istəyib.

Rafael Silva 2014-cü ildən formasını geyindiyi Portuqaliya millisində 25 oyun keçirsə də, qol vura bilməyib. O, 2016-cı ildə yığmanın heyətində Avropa çempionu, 3 il sonra isə UEFA Millətlər Liqasının qalibi olub.