Millinin heyətində dəyişiklik – iki futzalçı Afinaya aparılmadı

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi dünən Bakı İdman Sarayında son məşqini keçirib.

Komanda.az xəbər verir ki, yığmanın üzvləri bu gün saat 10:00-da çarter reysi ilə Bakıdan Afinaya yola düşüb. Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb. Baş məşqçi Joze Alesio Da Silvanın rəhbərliyi altında millimiz oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis İdman Sarayında reallaşdıracaq.

Yunanıstanla qarşılaşacaq Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Amir Şocayi və Hadi Ahmadinin əvəzinə səfərə Oktay Rüstəmli aparılıb.

Yunanıstan – Azərbaycan oyunu fevralın 2-də, Bakı vaxtı ilə saat 20:00-da Afinadakı Daiis İdman Sarayında keçiriləcək.

Azərbaycan millisi ilk oyununda Slovakiyanı 4:1 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button