Avropa çempionatında daha iki medal şansı

Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunmuş taekvondo üzrə Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, ikinci yarış günündə – bu gün daha iki idmançımız mübarizəyə qatılacaq.

Kişilər arasında yarışlarda 63 kq çəki dərəcəsində Xanoğlan Kərimov və Cavad Ağayev (68 kq) ölkəmizi təmsil edəcək.

Artıq ilk rəqiblər də bəllidir. Belə ki, Xanoğlan Kərimovun rəqibi ukraynalı Boqdan Tikonov, Cavad Ağayevin isə rəqibi gürcüstan millisinin üzvü Beka Kavtaradze olacaq.

Xatırladaq ki, ilk yarış günündə mübarizəyə qoşulan idmançılarımızdan yalnız Minayə Əkbərova bürünc medal qazana bilib.