Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı start götürəcək.

Komanda.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində Levan Metreveli ilə (İspaniya) üz-üzə gələcək. Mübarizəyə 1/4 finaldan qoşulacaq Hacı Əliyevin (65 kq) rəqibi Munir Aktaş (Türkiyə) – Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq. Zirəddin Bayramov (70 kq) 1/8 finalda macarıstanlı Daniel Antalla qarşılaşacaq. Əşrəf Aşırov (79 kq) bolqarıstanlı Miroslav Kirovu sınağa çəkəcək. Məhəmmədxan Məhəmmədov (97 kq) isə təsnifat mərhələsində Lukas Krasauskasla (Litva) üz-üzə gələcək.

Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button