AÇ: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında 7-ci tura yekun vurulub.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, 12 yaşlı oğlanların mübarizəsində Azərbaycan şahmatçısı Əhməd Xaqan 7 oyundan 6,5 xal toplamaqla liderliyini davam etdirir. İkinci pillədəki Türkiyə təmsilçisi Yigit Karaca ondan yarım xal geri qalır.

16 yaşlı oğlanların yarışında Cahandar Azadəliyev 5,5 xalla ikinci pillədə qərarlaşıb. Bu yaş kateqoriyasında lider olan polşalı Jan Malek onu 1 xal qabaqlayır.

10 yaşlı qızların yarışında iki iştirakçı eyni xal toplayıb. Yunanıstanlı Marianta Lampou və Azərbaycan şahmatçısı Leyla Mirzəliyeva hərəyə 6,5 xal toplayaraq ilk pillələrdə qərarlaşıblar.

Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button