Avroliqanın təxirə salınan oyununda “Makkabi” sevindi

Bu gün futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, koronavirus pandemiyası üzündən təxirə salınmış matçlardan biri İsraildə baş tutub.

Hayfa “Makkabi”si öz meydanında “Jelezniçar”ı qəbul edib. Hesabı Bosniya və Herseqovina təmsilçisi açsa da, meydan sahibləri əzmkar qələbə ilə mərhələ adlayıb.

Qeyd edək ki, “Makkabi” 2-ci təsnifat mərhələsində Qazaxıstan “Kayrat”ını qəbul edəcək. Sentyabrın 17-dəki matçın qalibi növbəti mərhələdə Rusiya “Rostov”unun qonağı olacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsi


9 sentyabr

Makkabi (Hayfa, İsrail) – Jelezniçar (Bosniya və Herseqovina) 3:1
Qol
: Çeri, 38. Rukavitsya, 59. Aşkenazi, 66 – Lendriç, 34.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button