Avroliqanın oyunu koronavirusa görə təxirə salındı
Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün keçirilməli olan “Makkabi” (Hayfa, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina) görüşü təxirə salınıb.
Komanda.az xəbər verir ki, buna qonaq komandanın daha 6 üzvünün koronavirusa yoluxması səbəb olub.
Daha əvvəl Bosniya və Herseqovina təmsilçisinin 5 futbolçusunda virus aşkarlanmışdı. Onlar bu səbəbdən İsrailə aparılmamışdılar.
UEFA da artıq matçın təxirə salındığını təsdiqləyib. Görüşün yeni tarixi qarşıdakı günlərdə açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin