Avroliqada və Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, bu ada Şotlandiya “Reyncers”indən Ceyms Tavernye, İngiltərənin”Vest Hem” klubundan Deklan Rays, Almaniya “Leyptsiq”indən Kristofer Nkunku və “Ayntraxt”dan (Frankfurt) Evan N Dika namizəddir.

UEFA Konfrans Liqasında İtaliya “Roma”sından Temmi Abraham, İngiltərə “Lester”indən Vesle Fofana, Fransanın “Marsel” klubundan Luan Peres və Niderland “Feyenoord”undan Gernot Trauner həftənin ən yaxşısı adına namizəddir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Avropa Liqasının finalında “Reyncers” “Ayntraxt”la, Konfrans Liqasının həlledici matçında isə “Roma” “Feyenoord”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button