Avroliqada daha bir oyun təxirə salındı – Yenə koronavirus…

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün keçirilməli olan daha bir oyun təxirə salınıb.

Komanda.az xəbər verir ki, “Nomme Kalyu” (Estoniya) – “Mura” (Sloveniya) qarşılaşması da bu gün keçirilməyəcək.

Buna hər iki komandanın futbolçularında koronavirus aşkarlanması səbəb olub.

Daha öncə “Makkabi” (Hayfa, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina) matçı qonaq komandanın futbolçularında koronavirus aşkarlandığı üçün təxirə salınmışdı. Hər iki oyunla bağlı UEFA-nın yaxın günlərdə qərar verməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button