AVF rəsmisi yeni təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.

Komanda.az AVF-yə istinadən xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final matçının supervayzeri olacaq.

Federasiya rəsmisi noyabrın 21-də “Xarı Bülbül” (Şuşa) və Yunanıstanın “Panatinaikos” komandaları arasında Bakıda keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Jelena Mitroviç olacaqlar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button