
Aurelio baş məşqçi təyin edildi
“Fənərbaxça”nın və Türkiyə millisinin sabiq ulduzu Mehmet Aurelio yenidən İstanbul klubuna qayıdıb.
Komanda.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Təcrübəli mütəxəssis “sarı-lacivərdlilər”in U-19 komandasının baş məşqçisi təyin edilib.
Aurelio futbolçu karyerası ərzində 2003-2008-ci illərdə “Fənərbaxça”da çıxış edib. O, bir müddət İstanbul klubunun əsas komandasında köməkçi-məşqçi də olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



