“Atletiko”ya təklif olunub – Portuqaliyalı futbolçu

Dortmund “Borussiya”sının futbolçusu Rafael Gerrero mövsümün sonunda İspaniya klubuna keçə bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Borussiya”nın sol cinah müdafiəçisi “Atletiko”ya təklif olunub. Onunla İtaliyadan bir neçə klubun maraqlandığı da deyilir.

29 yaşlı portuqaliyalı futbolçu iyunun 30-da azad agent olacaq.

Gerrero Almaniya Bundesliqasının cari mövsümündə 25 matçda 3 qol vurub, 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button