“Atletiko”nun hədəfindədir – “Barselona”nın futbolçusu

“Barselona”nın müdafiəçisi İniqo Martines karyerasını İspaniyanın başqa klubunda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” 32 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Madrid klubu Martinesi yay transfer pəncərəsində komandadan getmə ehtimalı olan Mario Hermosonun əvəzedicisi kimi nəzərdən keçirir.

Müdafiəçinin “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, İspaniya çempionatının bu mövsümündə Kataloniya klubunun heyətində 15 oyun keçirib və 5 sarı vərəqə alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button