“Atletiko”nun futbolçusu Premyer Liqa klubuna keçəcək

“Aston Villa” klubu “Atletiko”nun mərkəz müdafiəçisini transfer etməyə yaxındır. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi yayda azad agent olacaq Mario Hermoso ilə müqavilə imzalamağa çalışır.

Hermoso “Aston Villa” ilə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq. İspaniyalı futbolçu Unay Emerinin komandasında ildə 5 milyon avro qazanacaq.

“Atletiko” Hermosonu komandada saxlamağa çalışsa da, futbolçu çox maaş istəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button