Suares yayda “Atletiko”nu tərk edə bilər

“Atletiko”nun futbolçusu Luis Suares yayda komandanı tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 34 yaşlı hücumçunun madridlilərlə müqaviləsində bu yay komandanı tərk edə bilməsi ilə bağlı bənd var. Suares istəsə, yayda müqaviləsini birtərəfli şəkildə poza bilər.

Ötən ilin sentyabrında “Atletiko” ilə 2 illik müqavilə imzalayan Suares bu mövsüm La Liqada 16 qol vurub.