“Atletiko”ya kubok qazandırmaq istəyirəm” – Suares

“Atletiko”nun futbolçusu Luis Suares açıqlama verib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan uruqvaylı hücumçu, “Atletiko”dakı hədəflərindən söz açıb:

“Komandamızın motivasiyası yüksəkdir, uğur qazanmaq istəyirik. Heç kim bu niyyətimizi bizdən ala bilməz. Bu düşüncə ilə oynayır, rəqabətlə güclənirik. Bir müddət sonra nəyə qadir olduğumuz bilinəcək. Uzun müddətdir ki, kubok qazana bilməyən komandaya gəlmişəm. “Atletiko”ya kubok qazandırmaq istəyirəm.

Hər zaman rəqabətin güclü olduğu bir mühitdə olmaq istəmişəm. “Atletiko”da qol vurmağın çətin olduğu düşünülür. Lakin komanda yoldaşlarımın şəxsi keyfiyyətlərinə nəzər salsaq, bu, asan işə çevrilir”.

Suares bu mövsüm “Atletiko” ilə La Liqada 21 oyunda 16 qol vurub. Madrid klubu La Liqada ilk sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button