“Real”dan daha yaxşı idik, lakin…” – Koke

“Atletiko”nun futbolçusu Koke La Liqanın 26-cı turu çərçivəsində “Real”a qarşı keçirdikləri oyunu (1:1) şərh edib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan yarımmüafiəçi, “Real”dan üstün olduqlarını deyib:

“Biz “Real”dan daha yaxşı idik, lakin onlar istənilən an qol vura bilirlər. Yaxşı komandaya qarşı oynadıq. “Real” əlinə düşən bir fürsəti qola çevirməyi bacardı.

Mövsüm hələ bitməyib, qarşıda oyunlarımız var. Bütün diqqətimiz növbəti matçımızdadır”.

“Atletiko” La Liqada 59 xalla liderdir.