“Məni satmaq istəsələr, gedəcəm” – “Atletiko”nun futbolçusu

“Atletiko”nun futbolçusu Dieqo Koşta açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan braziliyalı hücumçu, klubdakı gələcəyiylə bağlı bunları deyib:

“Heç vaxt “Atletiko” üçün yük olmaq istəməmişəm və bunu klubun rəhbərliyinə də bildirmişəm. Məni satmaq istəsələr, gedəcəm”.

2017-ci ilin yayından “Atletiko”da forma geyinən Koştanın müqaviləsi bu mövsümün sonuna qədərdir.