Simeone: “Real” və “Barselona”nın mövsümün sonuna qədər uduzmayacağını bilirik”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 27-ci turunda səfərdə “Xetafe”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan argentinalı mütəxəssis, 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İkinci hissə yaxşı keçdi, qalib gələ bilərdik, lakin bir xalla qayıtdıq. Xüsusilə, ikinci hissədəki “Atletiko” xoşuma gəldi. “Xetafe”nin qapıçısı əla çıxış etdi və qol vura bilmədik. Heç-heçə və qələbə müsbət nəticələrdir. 0:0 gözlənilməz nəticə deyildi. Fürsətlərimiz oldu, lakin qola çevirə bilmədik. Buna görə də qələbə qazana bilmədik.

Üzərimizdə təzyiqlərin olması normaldır. Mövsümün çox hissəsini lider olaraq keçirmişik. İndi çox oyun qalmayıb. “Barselona” Parisdə problem yaşadı. Klubun yeri prezidenti var. Həm “Barselona”, həm də “Real” irəliləyir. Biz yolumuza davam edirik. “Real” və “Barselona”nın mövsümün sonuna qədər uduzmayacağını bilirik”.

“Atletiko” La Liqada 63 xalla liderdir. “Real” 57 xalla ikinci, “Barselona” isə 56 xalla üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button