Simeone: “Nəticədən razı deyiləm və əsəbiləşirəm”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 29-cu turunda “Sevilya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan argentinalı mütəxəssis, 0:1 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:

“La Liqada mübarizə aparmaq çətindir, lakin sona qədər döyüşəcəyik. Hücumda intensivliyimizi daha da artırmalıyıq. Nəticədən razı deyiləm və əsəbiləşirəm. Heç nədən qorxmuram. Bu məğlubiyyətin üzərimizdə olan təzyiqlə əlaqəsinin olduğunu düşünmürəm. Komanda hazırda yaxşı formada deyil”.

“Atletiko” La Liqada 66 xalla liderdir.