Simeonenin istəyi: Ya Qrizmann, ya da…

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona”da çıxış edən Antuan Qrizmannla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, fransalı oyunçunu komandasında görmək istədiyini deyib:

“Qrizmannla yaxşı münasibətim var. “Atletiko”ya çox şey verdi, “Barselona”da da uğurlu olmasını istəyirəm. Çox qeyri-adi futbolçudur.

Bizim hücumçuya ehtiyacımız var. Qrizmann alınmazsa, başqası olacaq. Klubun maliyyə durumuna görə qərar veriləcək”.

Qrizmann 2014-2019-cu illərdə “Atletiko”da çıxış edib. 30 yaşlı futbolçu 2019-cu ilin yayında 120 milyon avro qarşılığında “Barselona”ya keçib.