“Atletiko” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Yannik Karrasko sıradan çıxıb. Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, belçikalı futbolçunun La Liqada “Levante” (1:1) ilə görüşdə sol ayağından zədə aldığı bildirilib.
Karrasko zədə səbəbindən Çempionlar Liqasının “Çelsi” ilə matçını buraxa bilər.
“Atletiko” – “Çelsi” matçı fevralın 23-də keçiriləcək.