“Atletiko”nun yeni rekordçusu – Simeone!

“Atletiko” İspaniya La Liqasının 32-ci turunda “Alaves”i məğlub edib – 2:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu qələbə ilə madridlilərin baş məşqçisi Dieqo Simeone rekorda imza atıb. Belə ki, argentinalı mütəxəssis “Atletiko” ilə La Liqada ən çox qələbə qazanan baş məşqçi olub. Onun aktivində 195 qələbə var.

Bundan əvvəl “Atletiko”nun bu göstəricidə rekordçusu Luis Araqones idi (194 qələbə).

Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button