“Atletiko” ehtirası baxımından “Rasinq”ə çox bənzəyir” – Argentinalı futbolçu

“Atletiko”nun yarımmüdafiəçisi, əvvəllər Argentinanın “Rasinq” klubunda çıxış etmiş Rodriqo De Paul bu iki klubun azarkeşlərini müqayisə edib.

“Komanda.az “Atletico Universe”-yə istinadən xəbər verir ki, argentinalı futbolçu Madrid komandasının “Rasinq”ə çox bənzədiyini bildirib:

“Atletiko” ehtirası baxımından “Rasinq”ə çox bənzəyir. “Real” bütün dünyada daha çox marketinq işləri aparır, lakin Madriddə və onun ətrafında əksəriyyət “Atletiko” azarkeşləridir.

“Atletiko”nu dəstəkləyənlər çox ehtiraslıdır, eynilə bizim “Rasinq”də olduğu kimi. Bu, gününüzü, işinizi və əhvalınızı dəyişir. Qalib gələndə hər şey inanılmazdır və uduzduqda bunu hiss edirsən”.

Argentinalı futbolçu bu mövsüm bütün yarışlarda 36 matçda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Argentinalının “Atletiko” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button