“Bayern”dən ayrılıb La Liqa klubuna keçə bilər – Kamerunlu hücumçu

Bu mövsümün sonunda azad agent kimi “Bayern”dən ayrılacaq hücumçu Erik Çupo-Motinq İspaniya La Liqasında çıxış edə bilər.

Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, La Liqanın aparıcı klublarından biri 35 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Söhbət “Atletiko”dan gedir. Madridlilər hücum xəttini gücləndirmək istəyirlər və kamerunlu futbolçunun transferində maraqlıdırlar. 

Çupo-Motinq bu mövsüm 27 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button