İlk dəfə iştirak etdilər – tarix yazdılar

“Atalanta” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Şaxtyor”u məğlub edərək (3:0), pley-off mərhələsinə vəsiqə qazanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Berqamo təmsilçisi ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında tarixə düşüb. Belə ki, “Atalanta” qrup mərhələsində ilk 3 turda məğlub olub, sonda pley-offa vəsiqə qazanan ilk komanda olub.

“Atalanta” ilk turda “Dinamo”ya (Zaqreb) 0:4, 2-ci turda “Şaxtyor”a 1:2, 3-cü turda isə “Mançester Siti”yə 1:5 hesabıyla uduzub. Daha sonra “Mançester Siti” ilə heç-heçə edən (1:1) “Atalanta”, “Dinamo”nu (2:0) və “Şaxtyor”u məğlub edib (3:0).