
Qarnaço Premyer Liqada klubunu dəyişə bilər
“Çelsi”nin cinah oyunçusu Alexandro Qarnaço karyerasını “Aston Villa”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” argentinalı futbolçunu satınalma şərti ilə icarəyə götürmək istəyir. Transfer daimi xarakter alarsa, İngiltərə klubunun bu keçid üçün təxminən 50 milyon avro ödəyəcəyi bildirilir.
Qarnaço 2025/26 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



