
“Aston Villa” 60 milyon avroluq transferi bitirmək üzrədir
“Frayburq”un yarımmüdafiəçisi Yohan Manzambi karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” 20 yaşlı futbolçunun transferi ilə bağlı Almaniya klubu ilə şifahi razılıq əldə edib.
Transferin dəyəri 60 milyon avrodan çoxdur. “Aston Villa” isveçrəli futbolçunun şəxsi müqavilə şərtlərini də razılaşdırıb. Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Manzambi 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyuna çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə verib.
İsveçrə millisinin üzvü 2026-cı il dünya çempionatında da diqqət çəkən çıxışı ilə yadda qalıb. O, 4 matçda meydana çıxaraq, 3 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



