Asim Xudiyev – “Kayrat”ın “adam”ı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Xudiyev Qazaxıstanın “Kayrat” və Serbiyanın “Srvena Zvezda” klubları arasında UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun hakim-inspektoru olacaq.

Görüş iyulun 21-də, Almatı şəhərindəki Mərkəzi Stadionda keçiriləcək.

Bu, Xudiyevin son bir həftədə “Kayrat”ın oyununa ikinci təyinatıdır. Xudiyev iyulun 14-də, Almatı təmsilçisinin İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı 1-ci təsnifat mərhələsinin cavab oyununda da hakim-inspektor olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button