Asensionun gələcəyi müzakirə ediləcək

“Real” futbolçusu Marko Asensio ilə müqaviləni uzada bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun yeni agenti Jorje Mendeş yaxın günlərdə “kral klubu” ilə müştərisinin müqaviləsini müzakirə edəcək.

Asensio özü Madrid klubunda qalmaq istəyir, lakin bu, maliyyə təklifindən asılı olacaq.

Asensio bu mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 11 qol vurub. Onun “Real”la hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button