
Bastoninin “Real”a keçidi alınmır – Asensioya görə
“Real”ın müdafiəçisi Raul Asensio bu yay komandadan ayrılmaq niyyətində deyil.
Komanda.az xəbər verir ki, bu barədə “Bernabeu Digital” məlumat yayıb.
Madrid klubunun rəhbərliyi baş məşqçi Joze Mourinyoya bildirib ki, yeni transferlər yalnız heyətdə yer boşaldıqdan sonra mümkün olacaq. Bu səbəbdən, Asensionun komandada qalmaq istəyi “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoninin transferini faktiki olaraq əngəlləyib.
“Real”ın yayda İbrahima Konateni heyətinə qatmasından, həmçinin, komandada Antonio Rüdiger, Din Heysen və Eder Militaonun da yer almasından sonra Asensio hazırda mərkəz müdafiəçiləri arasında beşinci seçim hesab olunur. Buna baxmayaraq, ispaniyalı futbolçu komandada qalaraq əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir.
Bizi Facebook-da izləyin



