“Artıq titul qazana biləcəyimizə inanıram” – Moura

İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Lukas Moura açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, London klubunun baş məşqçisi Joze Mourinyo ilə bağlı danışıb:

“Komandada hər kəs Mourinyo ilə birlikdə işləməkdən məmnundur. Hamının onun karyerasından xəbəri var və onun nə qədər yaxşı olduğunu bilir. O, çalışdığı bütün klublarda kubok qazandı. İndi ondan nələrsə öyrənmək üçün böyük fürsətimiz var. Artıq titul qazana biləcəyimizə inanıram.

Hər məşqçinin öz xarakteri var. Mourinyo hər zaman bizimlə danışır, bizi güclü olduğumuza, böyük klub olduğumuza və qalib gələcəyimizə inandırır”.

Mourinyo “Tottenhem”də Maurisio Poçettinonu əvəzləmişdi.