“Artıq “Liverpul”un ehtiyac duyduğu səviyyədə davam edə bilmirəm” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə klubunun baş məşqçi postunu tərk etməsi haqda qərarını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, artıq qocaldığını və klub üçün yetərli səviyyədə olmadığını söyləyib:

“Son vaxtlar insanların mənə müraciət etdiyini eşidirəm. Amma mən sadəcə qocalmışam. Bununla belə, yenə də, komandadakı son günümə qədər yüz faiz çalışacam. Belə iş üçün enerji ilə dolu olmaq, 7 gün, 24 saat işləmək lazımdır. Mən uzun illərdir bu şəkildə işləmişəm. Lakin artıq “Liverpul”un ehtiyac duyduğu səviyyədə davam edə bilmirəm”.

Klopp 2015-ci ildən “qırmızılar”ı çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button