“Artıq işə ciddi yanaşmaq vaxtıdır” – Buskets

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets İspaniya La Liqasının 32-ci turu matçında “Kadis”ə məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Buskets, qarşıdakı bütün oyunlarda qələbə qazanmalı olduqlarını bildirib:

“Oyuna yaxşı başlamadıq. Bizim oyunumuzda məqsədyönlülük çatışmırdı. İkinci hissədə daha yaxşı təsir bağışladıq. Qol buraxsaq da, hesabı lehimizə çevirə bilmədik. Ancaq qarşıda hələ yeddi oyun var. “Real Sosyedad”la növbəti oyundan başlayaraq, bütün matçlarda qalib gəlməyə çalışmalıyıq. Artıq işə ciddi yanaşmaq vaxtıdır. Qələbələr qazanmaq üçün əlimizdən gələni etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button