
Artetanın şəxsən istədiyi müdafiəçi
“Arsenal” “Real”ın müdafiəçisi Alvaro Karrerasla maraqlanır.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transferində “topçular”ın baş məşqçisi Mikel Arteta şəxsən maraqlıdır. İspaniyalı mütəxəssis hesab edir ki, Karreras onun komandasında “Real”dakı cari mövsümlə müqayisədə daha çox oyun şansı qazana bilər.
İngiltərə təmsilçisi qarşıdakı transfer pəncərəsində müdafiənin sol cinahını gücləndirməkdə qərarlıdır və ispan futbolçu əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.
Karreras “Real”a ötən ilin iyulunda, Lissabon “Benfika”sından 50 milyon avroya transfer olunub. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



