Arteta: “Qələbə qazanmağımızda onların da rolu oldu”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının ikinci turunun “Kristal Pelas”la görüşündən sonra (1:0) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Arteta yalnız qələbə qazanmaq və irəliyə doğru getmək istədiklərini dilə gətirib:

“Sonradan matça daxil olan futbolçuların oyunu xoşuma gəldi. Qələbə qazanmağımızda onların da rolu oldu. Yalnız irəliyə doğru getmək və qələbə qazanmaq istəyirik. Qapını toxunulmaz saxlamaq vacibdir”.

“Topçular” İngiltərə çempionatında 2023/24 mövsümündə keçirdiyi hər 2 oyunda qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button