“Arteta çox şikayətlənir” – Konte

“Tottenhem”in baş məşqçisi Antonio Konte Premyer Liqanın 22-ci turunun təxirə salınmış oyunundan sonra “Arsenal”ın (3:0) baş məşqçisi Mikel Artetanın hakimliklə bağlı şikayətlərinə cavab verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, Artetanın komandasına daha çox diqqət göstərməli olduğunu deyib:

“Arteta çox şikayətlənir. O, komandasına daha çox diqqət yetirməlidir. İşinə daha çox diqqət yetirməli və işləməyə davam etməlidir, çünki o, çox yaxşıdır. Davamlı olaraq birinin şikayətini eşitmək yaxşı deyil. “Liverpul”la matçdan sonra Fabinyodan və bütün kobudluqlardan şikayət etdiyimi eşidirsiz? Yox. O istəsə, mənim məsləhətlərimə əməl edə bilər, amma vecinə deyil”.

“Tottenhem” 36 oyunda 65 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir. “Arsenal”ın 66 xalı var və dördüncü pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button