
“Arsenal”ın müdafiə xətti üçün 2 namizəd
“Arsenal” heyətini təcrübəli müdafiəçi ilə gücləndirmək variantını nəzərdən keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi “Mançester Siti”nin sabiq futbolçusu Con Stounzun transferində maraqlıdır. “Topçular” İngiltərə millisinin 32 yaşlı müdafiəçisini belindən aldığı zədə səbəbindən uzun müddətə sıradan çıxan Vilyam Salibanın əvəzedicisi kimi görür.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Stounzu yaxşı tanıyır. İspaniyalı mütəxəssis vaxtilə Pep Qvardiolanın məşqçilər heyətində çalışarkən “Mançester Siti”də ingiltərəli müdafiəçi ilə birgə fəaliyyət göstərib.
London klubu “Aston Villa”nın müdafiəçisi Ezri Konsanı da izləyir. Ancaq tərəflər İngiltərə millisinin 28 yaşlı üzvünün transfer qiyməti ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Buna görə də, bu keçidin reallaşması hazırda çətin görünür.
Bizi Facebook-da izləyin



