ÇL: “Standartlarımızdan aşağı oynadıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern”lə ilk oyunu (2:2) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, səfər oyununda qalib gələcəklərinə inandığını söyləyib:

“Yaxşı başladıq, üstün olduq və rəqibə nə isə etməyə imkan vermədik. Çox yaxşı qol vurduq, amma bundan dərhal sonra vəziyyət dəyişdi. Biz topu rəqibə verdik, onlar da qol vurdular. İkinci qol da qeyri-adi idi. Biz adətən bunu qaçırmırıq.

Bu, Çempionlar Liqasıdır, səhvlər burada cəzalandırılır. Bir çox cəhətdən standartlarımızdan aşağı oynadıq. “Bayern” getdikdə çox təhlükəli olurdu. Amma toparlandıq, öz ritmimizi tapmağa çalışdıq və tələsmədik. İnanıram ki, səfərdə qalib gəlib növbəti mərhələyə yüksələcəyik. Biz yaxşı hazırlaşmalıyıq “.

Cavab görüşü aprelin 17-də Münhendə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button