Anri İngiltərə klubu ilə razılaşdı

“Arsenal”ın sabiq futbolçusu Tyerri Anri yenidən İngiltərəyə qayıda bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu “Bornmut” komandasını çalışdıra bilər. Tərəflər arasında razılıq əldə olunub və Çempionşip təmsilçisi yaxın zamanda Anrinin təyinatını rəsmən açıqlayacaq.

Anri hazırda ABŞ-ın “Monreal İmpakt” klubunda baş məşqçilik edir. 43 yaşlı mütəxəssis daha əvvəl Fransada “Monako”nu çalışdırıb, Belçika yığmasında isə köməkçi məşqçi kimi işləyib.

Sabiq hücumçu futbolçu karyerası ərzində 1999-2007-ci illər aralığında İngiltərədə “Arsenal”ın şərəfini qoruyub.

“Bornmut” Çempionşipdə 30 turdan sonra 6-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button