“O mənə “duracell” batareyasını xatırladır” – Lunqberq

“Arsenal”ın müvəqqəti baş məşqçisi Fredrik Lunqberq Premyer Liqada “Vest Hem”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan isveçli mütəxəssis, 3:1 hesabıyla qalib gəldikləri görüşdə “topçular”ın ilk qolunu vuran Qabriel Martinellini tərifləyib:

“Martinelli inanılmaz idi və möhtəşəm oynadı. O, mənə “duracell” batareyasını xatırladır, heç yorulmur. Aleksander Lakazett də yaxşı oyunçudur, ancaq seçim etdim və onu ehtiyatda saxladım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button