“Barselona” Obameyanqı “qaralayıb”

“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə “Barselona” yaxından maraqlanır. Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, qabonlu hücumçunun “Barselona”ya keçməyə razılıq verdiyi bildirilib.

Ancaq London klubu komandanın kapitanı və əsas “qol silahı” olan Obameyanqı satmaq niyyətində deyil. Hücumçu özü ayrılmaq istədiyini rəhbərliyə bildirsə, bu zaman “Arsenal” da “Barselona” ilə razılaşacaq.

“Barsa” Obameyanqı uzun müddətə sıradan çıxan hücumçusu Luis Suaresi əvəzləmək üçün transfer etmək istəyir.

Obameyanqın “Arsenal”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.