“Arsenal”dan “Vulverhempton”a

“Arsenal”ın futbolçusu Ensli Meytlend-Naylz karyerasını “Vulverhempton”da davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Xəbərdə, 22 yaşlı yarımmüdafiəçinin “canavarlar”la ilkin razılıq əldə etdiyi bildirilib.

“Vulverhempton” Ensli üçün “Arsenal”a 22 milyon avro ödəyəcək. Transferin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

Ensli “Arsenal”ın yetirməsidir. İngilis yarımmüdafiəçi 2017-ci ildən “topçular”ın əsas komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button