“Arsenal”ın hücumçusu “Barselona”nın hədəfində

İspaniya La Liqasının çempionu “Barselona” “Arsenal”ın fransalı futbolçusunu transfer etmək niyyətindədir.

Komanda.az “Mundo Depotivo”ya istinadən xəbər verir ki, katalonlar “topçular”ın forvardı Aleksandr Lakazetti heyətinə qatmaq istəyir. Bunun üçün London təmsilçisi ilə danışıqlara başlamağa hazırlaşan “Barselona”, qarşı tərəfə Andre Qomesi və Samuel Umtitini təklif edəcək.

“Arsenal”la 2022-ci ilədək müqaviləsi olan 27 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 46 oyunda 18 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button