“Arsenal”ın dünya səviyyəli oyunçusu yoxdur” – Sabiq futbolçu

“Tottenhem”in və “Real”ın sabiq futbolçusu Rafael van der Vart “Arsenal”ın gücünü qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “topçular”ın gücünə şübhə etdiyini söyləyib:

“Ueyn Runi (sabiq futbolçu) ilə razıyam, “Arsenal”ın dünya səviyyəli bir dənə də olsun oyunçusu yoxdur. Onların çox yaxşı oyunçuları ola bilər, amma heç biri dünya səviyyəli deyil. Sadəcə, yaxşı oynamaq kifayət deyil, düzgün düşüncə tərzinə ehtiyac var. Bəli, onlar birlikdə yaxşı oynayırlar, amma düşünmürəm ki, onlardan biri “Real”da inkişaf edərdi, çünki orada tələblər daha yüksəkdir. Şübhə edirəm ki, “Arsenal” bütün titullar uğrunda mübarizə aparmaq üçün kifayət qədər güclüdür. Onlar hələ də hər yarışda mübarizə aparırlar, ona görə, hələ də ümid var, amma bu, çox çətindir”.

”Arsenal” hazırda Premyer Liqanın turnir cədvəlində ilk sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button