“Oyunun qırılma nöqtəsi bu oldu” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada “Liverpul”a məğlub olduqları oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “Sky Sports” telekanalına danışan ispan mütəxəssis, 0:4 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

“İlk hissədə rəqiblə mübarizə apara bildik. İmkanlarımız var idi, qol vura bilərdik. Bəzi epizodlarda daha səbirli olmalı idik. Sonra uğursuz bir qol buraxdıq. Oyunun qırılma nöqtəsi bu oldu.

Oyunun qalan hissəsi xəyal qırıqlığı oldu. Rəqibin bizi cəzalandıracağını bilirdik. Səhvlər etdik və uduzduq. Səhvlər futbolun bir hissəsidir. Rəqib bizdən daha yaxşı oynadı və qələbə qazandı”.