
İngiltərə klubu “Barselona” ilə əlaqə saxlayıb – Kundeyə görə
“Arsenal” heyətini “Barselona”nın müdafiəçisi Jül Kunde ilə gücləndirmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 27 yaşlı futbolçunun transferini müzakirə etmək üçün Kataloniya təmsilçisi ilə əlaqə saxlayıb. “Topçular” sağ cinah müdafiəçisi axtarışındadır və Kunde namizədlər siyahısında ilk yeri tutur.
Bildirilir ki, “Barselona” fransalı futbolçu üçün 58,5 milyon avro tələb edir. Onun Kataloniya klubunda illik maaşı isə 12 milyon avrodan çoxdur.
Kunde 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



