“Arsenal”dan rəsmi açıqlama: “Super Liqa ilə bağlı mövqeyimiz dəyişməyib”

“Arsenal” rəhbərliyi klubun Avropa Super Liqasında iştirakına qarşı çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytında məlumat paylaşıb:

“Super Liqa ilə bağlı mövqeyimiz dəyişməyib. Biz UEFA yarışlarında mübarizəyə davam edəcəyik və digər Avropa klubları, Avropa Klublar Assosiasiyası ilə işləməyə davam edəcəyik”.

Bundan əvvəl “Mançester Siti”, “Çelsi” və “Tottenhem” Super Liqada iştirakdan imtina etmişdi.

Dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib. Daha sonra Avropa turnirinin formatı məlum olub. “The Telegraph” xəbər verir ki, İngiltərə klubları Super Liqaya qatılacaqları təqdirdə ölkə çempionatından kənarlaşdırıla bilərlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button