“Arsenal”dan Premyer Liqada yeni rekord

“Arsenal” klubu İngiltərə Premyer Liqasında rekorda imza atıb.

Komanda.az xəbər verir ki, London təmsilçisi 17-ci tur çərçivəsində “Vest Hem”i 3:1 hesabı ilə məğlub etməklə buna nail olub.

“Topçular” 15 oyundan sonra xallarının sayını 40-a çatdırıb. Bu, komandanın tarixində ilk belə hadisədir.

Xatırladaq ki, Mikel Artetanın baş məşqçi olduğu kollektiv hazırda Premyer Liqanın vahid lideridir. London təmsilçisi geridə qalan 17 turda cəmi 2 oyunda büdrəyib ki, bunlardan da biri heç-heçə, digəri məğlubiyyətlə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button